05 may 2026, 15:17

Rəna Alverdiyevadan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Mən özünüməşğulluq proqramı çərçivəsində “Kiçik dərzi sexi” üzrə müraciət edərək zəruri avadanlıqla təmin olunmuşam. Verilmiş dəstək sayəsində ailəmin maddi rifahına töhfə verir, eyni zamanda dərzilik sənətimi inkişaf etdirmək üçün çalışıram.

Əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər vətəndaşların dövlətə olan inamını daha da möhkəmləndirir. Mən də bu vətəndaşlardan biriyəm. Xalqımıza, ailəmə göstərilən bu dəstəyə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Rəna Alverdiyeva

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.