05 may 2026, 14:25
Fuad Məhərrəmovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident İlham Əliyev!
Sizi "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Sizin sayənizdə Azərbaycan artıq dünyada münaqişə nöqtəsi kimi deyil, sülh məkanı, barışıq ünvanı kimi tanınır. Ümid edirik ki, yurdumuzda bərqərar olan sülh öz əhatəsini daha da genişləndirəcək, qonşu dövlətlərə də pənah aparacaqdır.
Sizə möhkəm cansağlığı, uzun ömür və Azərbaycanın inkişafı, eləcə də beynəlxalq sülh və əməkdaşlığın möhkəmləndirilməsi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Dərin hörmətlə,
Fuad Məhərrəmov
Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.