05 may 2026, 12:30
Zaur Əliyevdən, Bakı, Azərbaycan
Cənab Prezident,
Sizin apardığınız uğurlu sosial-iqtisadi siyasət nəticələri, xüsusilə aztəminatlı ailələrə göstərilən dəstək yüksək qiymətləndirilir.
Özünüməşğulluq proqramı çərçivəsində əmlakla təmin olunmaq imkanı mənim üçün böyük stimul olmuşdur. Müraciətim əsasında “Kişi bərbərxanası” zərfi ilə təmin olunaraq öz işimi qurmuşam. Hazırda bu fəaliyyət sayəsində ailəmə dəstək oluram və müştərilərimə keyfiyyətli xidmət göstərməyə çalışıram.
Göstərilən diqqət və dəstəyə görə Sizə çox minnətdaram, cənab Prezident.
Hörmətlə,
Zaur Əliyev
Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu.