04 may 2026, 18:41
Səkinəxanım Daniyeva, Bakı, Azərbaycan
Cənab Prezident,
Aztəminatlı ailələrə göstərilən dəstək üçün Sizə səmimi-qəlbdən minnətdarlığımı bildirirəm. Bu dəstək Sizin apardığınız uğurlu sosial siyasətin mühüm tərkib hissəsidir.
Mən müraciət edərək un məmulatlarının istehsalı üçün nəzərdə tutulmuş avadanlıqla təmin olundum və bu sahədə öz kiçik biznesimi qurmağa başladım. Özünüməşğulluq proqramı çərçivəsində əmlak əldə etmək imkanının yaradılması mənim üçün böyük stimul oldu. Bu dəstək mənim və ailəmin rifahının yaxşılaşmasına əhəmiyyətli töhfə verir.
Cənab Prezident, Sizə hər zaman uğurlar arzulayıram.
Hörmətlə,
Səkinəxanım Daniyeva
Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi.