04 may 2026, 16:00
Rövşən Hüseynovdan, Kəlbəcər, Azərbaycan
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Sülhün təşviqi, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi və qlobal dialoqun inkişafına verdiyiniz mühüm töhfələrin yüksək qiymətləndirilməsi olaraq “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməyiniz münasibətilə Sizi dərin ehtiramla və səmimi-qəlbdən təbrik edirəm.
Sizin uzaqgörən və məqsədyönlü siyasətiniz nəticəsində Azərbaycan Respublikası beynəlxalq arenada etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirmişdir. Azərbaycanın adını daim ucaltdığınız üçün Sizə təşəkkür edir, “Çox sağ olun!” deyirik.
Hörmətlə,
Rövşən Hüseynov
Azərbaycan Respublikası, Kəlbəcər rayonu, Tatlar kəndi.