04 may 2026, 13:55

Vəfadar Əfəndiyevdən, Ağsu, Azərbaycan

Hörmətli cənab Prezident,

Sülh və barışığın möhkəmləndirilməsi istiqamətində göstərdiyiniz misilsiz xidmətlərə görə "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülməyiniz münasibətilə Sizi dərin ehtiramla və səmimi qürur hissi ilə təbrik edirəm.

Bu mötəbər mükafat Sizin uzaqgörən və qətiyyətli rəhbərliyinizin, beynəlxalq niqyasda sülhün, sabitliyin və qarşılıqlı anlaşmanın bərqərar olunmasına yönəlmiş ardıcıl fəaliyyətinizin yüksək qiymətləndirilməsidir.

Sizin təşəbbüsləriniz və prinsipial mövqeyiniz regionda etimad mühitinin formalaşmasına, əməkdaşlığın genişləndirilməsinə və davamlı sülhün təmininə mühüm töhfələr verməkdədir. Sizin liderliyiniz Azərbaycan dövlətinin güclənməsində, onun beynəlxalq nüfuzunun daha da artmasında və xalqımızın rifahının yüksəlməsində mühüm rol oynayır. Bu uğurlar hər bir vətəndaş üçün qürur mənbəyidir.

Sizə möhkəm cansağlığı, tükənməz enerji, ali dövləti fəaliyyətinizdə yeni-yeni nailiyyətlər və Azərbaycan naminə həyata keçirdiyiniz şərəfli missiyada davamlı uğurlar arzulayıram.

Hörmətlə,

Vəfadar Əfəndiyev,

2-ci qrup əlil

Azərbaycan Respublikası, Ağsu şəhəri.