01 may 2026, 16:00
Təranə Hümbətovadan, Naftalan, Azərbaycan
Möhtərəm cənab Prezident!
Sizin “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməyiniz bütün xalqımız kimi, biz naftalanlıları da ürəkdən sevindirdi. Bu ali mükafat Sizin uzaqgörən siyasətinizin, regionda sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində göstərdiyiniz xidmətlərin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin əyani təzahürü, xalqımızın dünyada qazandığı hörmətin bariz nümunəsidir.
Sizə ürəkdən təşəkkür edir, Vətənimizin, xalqımızın inkişafı, tərəqqisi yolunda ali fəaliyyətinizdə uğurlar arzulayırıq.
Uca Allah Sizi və xalqımızı qorusun!
Hörmətlə,
Təranə Hümbətova
Azərbaycan Respublikası, Naftalan şəhəri.