Vətən Müharibəsi iştirakçısından, Göygöl, Azərbaycan
Möhtərəm cənab Prezident!
Sizi Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyiniz səylərə görə “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməyiniz münasibətilə ürəkdən təbrik edirik.
Davamlı sülhün təmin olunması, təhlükəsizliyin möhkəmləndirilməsi və xalqlar arasında qarşılıqlı etimad mühitinin formalaşdırılmasına əsaslanan siyasətiniz dünyada və regionda yüksək qiymətləndirilir. Bu mükafata layiq görülməyiniz Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunun və Sizin sülh prosesinə verdiyiniz töhfələrin bariz göstəricisidir.
Tarixi Zəfərimizin və suverenliyimizin tam bərpasının yaratdığı reallıqlar fonunda qazandığınız hər bir mükafat hamımızı sevindirir.
Sizinlə qürur duyuruq, cənab Ali Baş Komandan!
Sizə möhkəm cansağlığı, sülh və əməkdaşlıq naminə fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayırıq.
Hörmətlə,
Pərvin Rəhimli,
Vətən Müharibəsi iştirakçısı
Azərbaycan Respublikası, Göygöl şəhəri.