30 aprel 2026, 18:15
Kəmalə Cəlilovadan, Rotterdam, Niderland
Prezident cənab İlham Əliyev,
Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin irəlilədilməsi və qarşılıqlı dialoqun gücləndirilməsi istiqamətində həyata keçirdiyiniz ardıcıl siyasət öz müsbət nəticələrini verir, həm Sizə, həm də ölkəmizə uğurlar qazandırır.
Sülhə verdiyiniz davamlı töhfələr nəticəsində “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, ən xoş diləklərimi bildirirəm.
Hörmətlə,
Kəmalə Cəlilova,
Beynəlxalq Azərbaycanlı Qadınlar Birliyinin rəhbəri
Niderland Krallığı, Rotterdam şəhəri.