Elvira Qəmbərovadan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizi “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Bu mükafat Sizin rəhbərliyinizlə ölkəmizdə təşviq olunan multikulturalizm dəyərlərinin, insan həmrəyliyinin və beynəlxalq sülhün təbliği istiqamətində həyata keçirilən uğurlu siyasətin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin bariz nümunəsidir.
Bu mükafat hər bir azərbaycanlı kimi məni də qürurlandırır və sevindirir. Bu sevinc təkcə bir mükafatı əhatə etmir, həm də Sizin və xalqımızın dünyada qazandığı nüfuzun, hörmətin təntənəsidir.
Cənab Prezident, bir təhsil işçisi olaraq, Sizin sülh və inkişaf yolundakı fəaliyyətinizi daim dəstəkləyir, möhkəm cansağlığı, dövlətçilik fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Hörmətlə,
Qəmbərova Elvira
Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu.