30 aprel 2026, 16:41

Zərifə Quliyevadan, Bakı, Azərbaycan

Cənab Prezident,

Sizi “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Bu yüksək mükafat Sizin bölgədə sülhün və ədalətin bərpası naminə göstərdiyiniz qətiyyətli fəaliyyətinizin dünya miqyasında növbəti təsdiqidir. Ulu Öndər Heydər Əliyevin yolunu şərəflə davam etdirərək qazandığınız bu uğur hər birimiz üçün qürurvericidir.

Sizə möhkəm cansağlığı və dövlətimizin tərəqqisi yolunda yeni zəfərlər arzulayıram.

Hörmətlə,

Quliyeva Zərifə Rzaqulu qızı

Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.