30 aprel 2026, 12:05

Amil Məmmədovdan, Bakı, Azərbaycan

Möhtərəm Prezident,

Sizin aradığınız məqsədyönlü siyasət nəticəsində “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in mətni paraflandı. Eyni zamanda üçtərəfli bəyannamənin imzalanması bir daha sübut etdi ki, Azərbaycan xalqı qonşu dövlətlərlə sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyir. Bölgəmizdə və dünyada sülhə verdiyiniz töhfələr bənzərsiz və əvəzolunmazdır.

Zati-aliləri, Sizin bu xidmətlərinizə görə “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməyiniz biz keçmiş məcburi köçkünləri hədsiz sevindirir. Bu münasibətlə Sizi səmimi-qəlbdən təbrik edirik. İnanırıq ki, Siz nəinki bölgəmizdə eləcə də dünyada sülhün bərqərar olmasında apardığınız yorulmaz əzmkar fəaliyyətiniz sayəsində ən yüksək sülh mükafatına layiq görüləcəksiniz.

Sizə uzun ömür və cansağlığı arzulayırıq.

Uca Tanrı Sizi qorusun.

Keçmiş məcburi köçkünlər adından hörmətlə,

Məmmədov Amil Fikrət oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu.