29 aprel 2026, 18:33

Aleksandr Qluxovdan, Sabirabad, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu il aprelin 12-də bütün pravoslav xristianları Pasxa bayramını qeyd etdilər. Pasxa ərəfəsində - aprelin 9-da bayram münasibətilə təbrik üçün bizi ənənəyə uyğun olaraq tədbirə dəvət etdilər . 1997-ci ildən bəri keçirilən 30-cu tədbirə 32 nəfər dəvət aldı və hamımıza maddi yardım göstərildi, cansağlığı, xoşbəxtlik, firavan həyat və dinlərarası konfessiyalar arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsi arzuları səsləndirildi.

Rayonda təşkil edilmiş görüşdə hər zaman olduğu kimi bu dəfə də çıxışlarımız dinlənildi, bizi narahat edən məsələlərlə maraqlanıldı, qaldırdığımız problemlərin qısa müddətdə həll olunacağına vəd verildi.

Bakıda yerləşən kilsələrin və Azərbaycanın rus icmasının nümayəndələri gəlişi bu görüşü daha da şərəfləndirdi. Onların da səfərdən razı qalmaları, maraqlı söhbətləri bizi sevindirdi. Qonaqlar hər zaman olduğu kimi, bu dəfə də xoş münasibətlə qarşılanmalarından və rus qəbiristanlığının vəziyyətindən razı qaldılar.

Möhtərəm Prezident, rus icmasına göstərilən böyük qayğıya görə icmanın bütün üzvləri adından Sizə dərin təşəkkürümüzü bildirirəm.

Dərin hörmətlə,

Qluxov Aleksandr Fyodoroviç, Sabirabad rayonunun rus icmasının sədri.

Azərbaycan Respublikası, Sabirabad şəhəri.