30 aprel 2026, 11:30

Samir Kərimov və başqalarından, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident!

“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Bu yüksək mükafat Sizin uzaqgörən siyasətinizin, beynəlxalq səviyyədə sülhə, əməkdaşlığa və xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə verdiyiniz dəyərli töhfələrin bariz ifadəsidir.

İnanırıq ki, Sizin möhkəm təməlini qoyduğunuz sülh Cənubi Qafqaz regionunda davamlı və uzunmüddətli olacaq, bölgə ölkələrinin qarşılıqlı əlaqələrinin inkişafına öz təsirini göstərəcəkdir.

Hörmətlə,

Kərimov Samir,

Seyidov Akif,

Seyidov Xalid,

Məmmədov Elçin

Məmmədova Rəna

Azərbaycan Respublikası, İsmayıllı şəhəri.