29 aprel 2026, 18:17
Malik Qasımovdan, Xaçmaz, Azərbaycan
Hörmətli cənab Prezident,
Mən, Xaçmaz rayonunda uzun illərdir ki, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Bu illər ərzində bütün sahibkarlara, o cümlədən özümə qarşı Sizin qayğınızı və köməyinizi hiss etmişəm.
Buna görə Sizə öz dərin minnətdarlığımı bildirirəm. Allahdan səmimi-qəlbdən arzu edirəm ki, xalqımıza bundan da gözəl günlər qismət eləsin. Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram.
Hörmətlə,
Malik Qasımov,
sahibkar
Azərbaycan Respublikası, Xaçmaz rayonu, Qaraqurdlu kəndi.