29 aprel 2026, 14:33

Əmirxan Həsənli və Anar Əkbərlidən, Bakı, Azərbaycan

Cənab Prezident,

Sizə, Mehriban xanıma və övladlarınıza böyük rəğbət bəsləyirik. Sizin ailənizə və xalqımıza olan səmimi bağlılığınız mənim üçün əsl örnəkdir. Bizə bəxş etdiyiniz parlaq gələcək və göstərdiyiniz qayğı üçün minnətdarıq.

“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməyiniz biz vətəndaşları çox sevindirdi. Bu münasibətlə Sizi səmimi-qəlbdən təbrik edirik.

Tanrı Sizi və sevdiklərinizi hər zaman qorusun. Sonsuz sevgi və ehtiramla hər zaman yanınızdayıq.

Hörmətlə,

Əmirxan Həsənli və Anar Əkbərli

Azərbaycan Respublikası, Bakı şəhəri.