29 aprel 2026, 12:33

Böyükağa Axundov, Lənkəran, Azərbaycan

Cənab Prezident,

Sizin rəhbərliyinizlə regionda uzun illər davam edən münaqişədən sonra sülhün, sabitliyin və qarşılıqlı əməkdaşlığın təmin olunması istiqamətində mühüm addımlar atılmışdır. Əldə olunan nailiyyətlər hər bir Azərbaycan vətəndaşı üçün böyük qürur mənbəyidir.

Möhtərəm Prezident, “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Bu mötəbər mükafat Azərbaycanın sülh siyasətinin beynəlxalq aləmdə yüksək qiymətləndirilməsinin bariz nümunəsidir.

Hörmətlə,

Böyükağa Axundov

Azərbaycan Respublikası, Lənkəran şəhəri.