28 aprel 2026, 19:23

Rauf Abbasovdan, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizi “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirik.

Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyiniz səylərə görə “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməyiniz ilə əlaqədar Gernika-Lumo və Pforshaym şəhər Şuralarına, Gernika Sülh Muzeyinə, Mədəniyyət evinə və “Gernika Qoqoratuz” Sülh Araşdırmaları Mərkəzinə təşəkkür edirəm.

Azərbaycan vətəndaşı kimi, Gernika faciəsinin tarixi yaddaşını yaşatmaq, sülh və barışıq proseslərində töhfəsi olan insanları tanıtmaq məqsədi daşıyan bu mötəbər mükafata layiq görülmək böyük şərəfdir. Bu mükafatın 26 aprel – Gernika qurbanlarının anım günündə təqdim olunması xüsusi rəmzi məna daşıyır. 89 il əvvəl Gernikada dinc əhaliyə qarşı törədilmiş amansız cinayət ötən əsrin ən dəhşətli və qanlı səhifələrdən biridir. Hesab edirəm ki, dinc insanlara qarşı istənilən cinayət bütövlükdə bəşəriyyətə və insanlığa qarşı yönəlir. Gernika şəhərinin bu ağrı-acısını bölüşür, qurbanların əziz xatirəsinə dərin ehtiram hissi duyuruq.

“Sülh və Barışıq üçün Gernika mükafatı” yalnız əldə olunmuş nailiyyətlərin tanınması deyil, həm də beynəlxalq birliyin ortaq rifahı, sülh naminə atılacaq gələcək addımlar baxımından mühüm ruhlandırıcı stimul və məsuliyyətdir.

Sizin uzaqgörən siyasətiniz, qətiyyətli liderliyiniz və milli maraqlara əsaslanan strateji kursunuz nəticəsində Azərbaycan regionda və dünyada etibarlı tərəfdaş, sülh və dialoq təşəbbüslərinin fəal iştirakçısı kimi tanınır.

Allah Sizi qorusun!

Hörmətlə,

Abbasov Rauf Müzəffər oğlu,

ADAU-nun doktorantı

Azərbaycan Respublikası, Gəncə şəhəri.