28 aprel 2026, 14:30

Şamxal Məmmədovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident İlham Əliyev,

Sizin uğurlarınızın davamlı olması həm bizi sevindirir, həm də ölkəmizin adını günbəgün ucaldır.

'Sülh və Barışıq üçün Gernika mükafatı'na layiq görülməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Bu beynəlxalq mükafat ölkəmizin regionda sülhün və təhlükəsizliyin bərqərar olması istiqamətində həyata keçirdiyi uzaqgörən siyasətin növbəti təsdiqidir.

Cənab Prezident, dövlətçilik fəaliyyətində Sizə yeni nailiyyətlər arzulayıram.

Hörmətlə,

Məmmədov Şamxal Niyazi oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.