28 aprel 2026, 15:37
Niyaz Süleymanovdan, Sumqayıt, Azərbaycan
Hörmətli cənab Prezident!
Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyiniz səylərə görə “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Cənab Prezident, çoxillik fəaliyyətiniz dövründə işgüzar və məqsədyönlü siyasətiniz zamanı həmişə çalışmısınız ki, ölkəmizlə digər dövlətlər arasında sülh və əmin-amanlıq bərqərar olsun, insanlarımız azad və xoşbəxt yaşasınlar. Biz bu gün bu işlərin müsbət nəticələrini görürük.
Sizə daim uğurlar arzulayırıq, cənab Prezident.
Hörmətlə,
Niyaz Süleymanov
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.