28 aprel 2026, 15:02

Ofelya Muxtarovadan, Kəlbəcər, Azərbaycan

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Sülhün təşviqi və beynəlxalq əməkdaşlığın inkişafına verdiyiniz mühüm töhfələrə görə “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, ölkəmizin adını daim ucaltdığınız üçün Sizə təşəkkürümüzü bildiririk.

Sizin fəaliyyətiniz ölkəmizin nüfuzunu artırır və sülh siyasətinin möhkəmlənməsinə xidmət edir. Əminik ki, bu sülh özü ilə bərabər yüksək inkişaf və davamlı tərəqqi gətirəcəkdir.

Sizə möhkəm cansağlığı və uğurlar arzulayırıq.

Hörmətlə,

Ofelya Muxtarova,

Kəlbəcər rayonu 88 saylı tam orta məktəbin direktoru

Azərbaycan Respublikası, Kəlbəcər rayonu.