28 aprel 2026, 16:54

Şəhla Zərbaliyevadan, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməyiniz Azərbaycanın beynəlxalq aləmdə sülh və əməkdaşlıq prinsiplərinə sadiqliyinin bariz göstəricisidir.

Sizin uzaqgörən siyasətiniz, xalqlar arasında dialoqa verdiyiniz töhfələr və barışığın möhkəmlənməsinə yönəlmiş fəaliyyətiniz dünya miqyasında yüksək qiymətləndirilmişdir. “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirik. Bu uğur xalqımız üçün böyük qürur mənbəyidir.

Sizinlə fəxr edirik, cənab Prezident!

Hörmətlə,

Şəhla Zərbaliyeva

Azərbaycan Respublikası, Kəlbəcər rayonu.