28 aprel 2026, 12:02

Vətən müharibəsi qazisindən, Naxçıvan, Azərbaycan

Müzəffər Ali Baş Komandan,

Sizin rəhbərliyiniz altında Azərbaycan regionda sülhün, ədalətin və sabitliyin təmin olunması istiqamətində mühüm nailiyyətlər əldə etmiş, Vətən müharibəsindən sonra yaranmış yeni reallıqların möhkəmlənməsində qətiyyətli və uzaqgörən siyasət nümayiş etdirmişdir. Siz hər zaman qonşu ölkələrə, eyni zamanda keçmiş münaqişə tərəfi olan Ermənistana və müharibə gedən bölgələrə göstərdiyiniz humanist mövqe və humanitar yardımlarınızla seçilmisiniz.

Sizi “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməyiniz münasibətilə dərin ehtiramla və səmimi-qəlbdən təbrik edirəm. Bu mükafat həm dövlətimizin, həm də xalqımızın haqq səsinin və ədalətli mövqeyinin beynəlxalq səviyyədə qəbul olunmasının bariz nümunəsidir.

Vətən müharibəsi qazisi kimi bu yüksək qiymətləndirməni böyük fəxarət hissi ilə qarşılayır, Azərbaycanın gələcəkdə də sülh, inkişaf və qüdrət yolunda daha böyük uğurlar əldə edəcəyinə inanırıq.

Hörmətlə,

Abbasəli Tarverdiyev,

Vətən müharibəsi qazisi

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Babək şəhəri.