27 aprel 2026, 18:37

Bəxtiyar Həsənovdan, Laçın, Azərbaycan

Hörmətli cənab Prezident İlham Əliyev,

Sizi “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Cənubi Qafqaz regionunda sülhün, sabitliyin və əməkdaşlığın bərqərar edilməsi və möhkəmləndirilməsi yolunda gördüyünüz işlər, atdığınız məqsədyönlü addımlar öz müsbət nəticələrini verir. Bu istiqamətində həyata keçirdiyiniz uğurlu siyasət beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqının rifahı naminə gördüyünüz işlərdə davamlı nailiyyətlər arzulayıram.

Hörmətlə,

Bəxtiyar Həsənov

Azərbaycan Respublikası, Laçın şəhəri.