27 aprel 2026, 18:16

Səfər Əlirzayevdən, Naxçıvan, Azərbaycan

Müzəffər Ali Baş Komandan,

Sizin dövlətçilik fəaliyyətiniz nəticəsində Azərbaycan yalnız hərbi-siyasi güc mərkəzi kimi deyil, həm də regionda sülhün, dialoqun və humanitar dəyərlərin təşəbbüskarı kimi tanınmışdır. Qarşılıqlı anlaşma və beynəlxalq əməkdaşlığa verdiyiniz önəm ölkəmizin nüfuzunu daha da artırmışdır.

Sizi “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Sizin rəhbərliyinizlə həyata keçirilən humanist siyasət, regionda sabitlik və inkişafın möhkəmlənməsinə xidmət edir. Bu mükafat da məhz həmin uzaqgörən siyasətin beynəlxalq miqyasda yüksək qiymətləndirilməsinin göstəricisidir.

Sizə möhkəm cansağlığı, uzun ömür və Azərbaycanın daha böyük uğurlarına imza atması yolunda davamlı nailiyyətlər arzulayıram.

Hörmətlə,

Səfər Əlirzayev

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm kəndi.