27 aprel 2026, 17:44

Xəyal Məmmədəliyevdən, Qəbələ, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizi “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirik.

Bu nüfuzlu mükafat Sizin rəhbərliyinizlə Azərbaycanın sülhə, sabitliyə və beynəlxalq əməkdaşlığa verdiyi töhfələrin yüksək qiymətləndirilməsinin əlamətdar göstəricisidir. Uzaqgörən və qətiyyətli siyasətiniz nəticəsində ölkəmizin beynəlxalq nüfuzu daha da möhkəmlənir və regionda sülhün təmin olunmasına mühüm töhfələr verilir.

Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.

Hörmətlə,

Məmmədəliyev Xəyal İlham oğlu

Azərbaycan Respublikası, Qəbələ rayonu, Nic qəsəbəsi.