Qalib Rəhimli və Nüsrət Hüseynovdan, Gəncə, Azərbaycan
Möhtərəm cənab Prezident,
Sizi “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirik.
Bu yüksək beynəlxalq mükafat Sizin rəhbərliyinizlə Azərbaycanın sülhə, sabitliyə və qarşılıqlı anlaşmaya verdiyi töhfələrin dünya miqyasında təqdir olunduğunu bir daha nümayiş etdirir. Bu uğur təkcə əldə edilmiş nailiyyətlərin qiymətləndirilməsi deyil, eyni zamanda gələcəkdə beynəlxalq əməkdaşlıq, sülh və ümumi rifah naminə atılacaq addımlar üçün mühüm stimul və böyük məsuliyyətdir.
Sizin uzaqgörən siyasətiniz, qətiyyətli liderliyiniz və milli maraqlara əsaslanan strateji kursunuz nəticəsində Azərbaycan regionda və dünyada etibarlı tərəfdaş, sülh və dialoq təşəbbüslərinin fəal iştirakçısı kimi tanınır.
Azərbaycan Dövlət Aqrar Universitetinə göstərdiyiniz diqqət və qayğını xüsusi minnətdarlıq hissi ilə qeyd edirik. Sizin dəstəyiniz sayəsində ölkəmizdə aqrar təhsilin inkişafı, elmi potensialın gücləndirilməsi və gənc mütəxəssislərin hazırlanması istiqamətində mühüm nailiyyətlər əldə olunmuşdur.
Sizə möhkəm cansağlığı, uzun ömür və Azərbaycan Respublikasının daha da inkişafı, xalqımızın rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Dərin hörmətlə,
Qalib Rəhimli,
Nüsrət Hüseynov,
Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşları
Azərbaycan Respublikası, Gəncə şəhəri.