27 aprel 2026, 13:21

Hüseyn Novruzovdan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezidentimiz,

Sizi “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Bu ali mükafatın Sizə təqdim olunması ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasının, Azərbaycanın və onun dövlət başçısının sülhsevərliyinin bariz nümunəsidir.

Uca Allahdan Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uzun ömür arzulayıram. Allah Sizi, ailənizi və bütöv Azərbaycanımızı qorusun.

Dərin hörmətlə,

Hüseyn Novruzov

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.