27 aprel 2026, 12:00
İnarə Qarayevadan, Samux, Azərbaycan
Cənab Prezident İlham Əliyev!
Sizin "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülməyiniz Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və Sizin sülhsevər siyasətinizin məntiqi nəticəsi və parlaq təzahürüdür. Bu mötəbər mükafat bölgədə sabitliyin bərpası və xalqlar arasında barışıq naminə atdığınız qətiyyətli addımların dünya miqyasında etirafıdır.
Sizi bu yüksək nailiyyət münasibətilə səmimi qəlbdən təbrik edir, dövlətimizin tərəqqisi və sülhün qorunması yolundakı fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayırıq.
Hörmətlə,
İnarə Qarayeva
Azərbaycan Respublikası, Samux şəhəri.