24 aprel 2026, 17:17
Rəhimə Hacıyevadan, Quba, Azərbaycan
Hörmətli cənab Prezident,
Mən, dövlətimiz tərəfindən “Qadın gözəllik salonu” fəaliyyəti üzrə zəruri avadanlıqla təmin olunmuş vətəndaş olaraq, Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm.
Sizin rəhbərliyiniz altında həyata keçirilən sosial layihələr və proqramlar vətəndaşların həyatında mühüm rol oynayır və bizim qarşımızda yeni üfüqlər açır. İşləmək istəyənlər üçün dəvlətin şərait yaratması işə həvəsimizi daha da artırır, bizi gələcək uğurlara səsləyir.
Göstərilən diqqət və dəstəyə görə bir daha Sizə dərin təşəkkürümü bildirirəm.
Hörmətlə,
Rəhimə Hacıyeva
Azərbaycan Respublikası, Quba rayonu, Amsar kəndi.