Ələkbər Həsənovdan, Abşeron, Azərbaycan
Möhtərəm cənab Prezident,
Sizin və Mehriban xanım Əliyevanın Türkiyənin Antalya şəhərində keçirilən 5-ci Antalya Diplomatiya Forumundakı yüksək səviyyəli iştirakınız məndə və bütün xalqımızda böyük qürur hissi yaratdı.
Sizin forum çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, habelə Pakistan və digər ölkələrin dövlət rəsmiləri ilə keçirdiyiniz məhsuldar görüşlər Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və strateji tərəfdaşlıq əlaqələrinin daha da güclənməsinin bariz nümunəsidir. Sizin rəhbərliyinizlə aparılan bu diplomatik təmaslar bölgəmizdə davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verir.
Mehriban xanım Əliyeva ilə birlikdə forumun rəsmi tədbirlərində iştirakınız və Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmağınız ölkəmizin diplomatik uğurlarının növbəti təzahürüdür. Sizin bu beynəlxalq platformada nümayiş etdirdiyiniz qətiyyətli mövqe hər bir azərbaycanlı üçün fəxarət mənbəyidir.
Azərbaycanın milli maraqlarını layiqincə qoruduğunuz və dövlətimizin gücünü bir daha bütün dünyaya nümayiş etdirdiyiniz üçün Sizə və Mehriban xanıma dərin minnətdarlığımı bildirirəm.
Sizə dövlətçilik fəaliyyətinizdə yeni-yeni uğurlar, möhkəm cansağlığı və uzun ömür arzulayıram.
Dərin hörmətlə,
Həsənov Ələkbər Gündüz oğlu
Azərbaycan Respublikası, Abşeron rayonu, Saray qəsəbəsi.