10:03
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Məleykə Mehdi qızı Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edilsin. ...
19 noyabr 2026, 10:03
Prezident İlham Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayında iştirak edən xarici ölkələrin nümayəndə heyətlərinin başçılarını qəbul etmişdir.
Nümayəndə heyətlərinin başçılarını salamlayan dövlətimizin başçısı xarici ölkələrin Həmkarlar İttifaqları nümayəndələrinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayında iştirakını ölkələrimizin müvafiq strukturları arasında mövcud olan yaxşı əməkdaşlığın göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev Azərbaycan ilə qonaqların təmsil etdikləri ölkələr arasında münasibətlərin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, humanitar sahələrdə dinamik şəkildə inkişaf etdiyini vurğuladı. Dövlətçiliyin möhkəmləndirilməsində, zəhmətkeşlərin hüquqlarının müdafiə olunmasında həmkarlar hərəkatının rolunu yüksək qiymətləndirən dövlətimizin başçısı milyonlarla insanı özündə birləşdirən həmkarlar ittifaqları arasında sıx əlaqələrin yaradılmasının önəmini qeyd etdi. Azərbaycandakı iqtisadi inkişafa toxunan Prezident İlham Əliyev son illər yeni iş yerlərinin açılması, işsizliyin aradan qaldırılması istiqamətində mühüm addımların atıldığını dedi və həmkarlar təşkilatlarının fəaliyyətinin daha da genişləndiyini vurğuladı.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qurultayının yüksək səviyyədə təşkil olunduğunu vurğulayan Rusiya Federasiyası Ümumhəmkarlar İttifaqları Konfederasiyasının baş katibinin müavini Valeri Yuriyev ölkəmizdə həmkarlar hərəkatına göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Belarus Həmkarlar İttifaqları Federasiyasının sədri Leonid Kozik Belarus Prezidenti Aleksandr Lukaşenkonun salamlarını və belarus xalqının ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. O, Aleksandr Lukaşenkonun ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərini çox yüksək qiymətləndirdiyini dedi. Leonid Kozik Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə görüşlərini ehtiramla xatırladı. Son illər ölkəmizdə gedən sürətli iqtisadi inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyən qonaq həmkarlar hərəkatına verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını ifadə etdi.
Dövlət başçısı Prezident Aleksandr Lukaşenkonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Belarus dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Aleksandr Lukaşenkonun Azərbaycana və özünün Belarusa rəsmi səfərlərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev ölkələrimiz arasında dostluq əlaqələrinin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd etdi.
Moldova Milli Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Oleq Budza Moldova Respublikasının Prezidenti Nikolaye Timoftinin salamlarını dövlətimizin başçısına çatdırdı. O, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının növbəti qurultayının yüksək səviyyədə təşkil olunduğunu vurğuladı. Azərbaycanda həyata keçirilən quruculuq işlərinin onlarda böyük təəssürat yaratdığını deyən Oleq Budza ölkəsində Heydər Əliyev adına idman kompleksinin inşası ilə bağlı həyata keçirilən layihəyə görə minnətdarlığını ifadə etdi.
Dövləti başçısı Prezident Nikolaye Timoftinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Moldova dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının sədri Tənzilə Narbayeva Prezident İslam Kərimovun salamlarını dövlətimizin başçısına çatdırdı. Azərbaycan və Özbəkistan prezidentlərinin xidmətləri nəticəsində ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini vurğuladı. Dövlət başçılarının rəhbərliyi ilə ölkələrimiz arasında indiyə qədər əlaqələrimizin genişləndirilməsinə dair 100-dən çox sənədin qəbul olunmasının önəmini qeyd edən qonaq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə rəhbərlik etdiyi qurum arasında əməkdaşlığa dair imzalanan memorandum əhəmiyyətini vurğuladı.
Dövlətimizin başçısı Prezident İslam Kərimovun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Özbəkistan dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Özbəkistan Prezidenti İslam Kərimovun Azərbaycana, özünün isə Özbəkistana rəsmi səfərlərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsində bu səfərlərin əhəmiyyətini qeyd etdi.
Sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 20 illik yubiley döş nişanını Prezident İlham Əliyevə təqdim etdi.
Sonda xatirə şəkli çəkdirildi.


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Məleykə Mehdi qızı Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edilsin. ...
19 noyabr 2026, 10:03Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyət...
19 noyabr 2026, 10:02Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilsi...
19 noyabr 2026, 10:01Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 327 (Cild I...
18 noyabr 2026, 14:24Hörmətli cənab Prezident,
Latviya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Biz xoş və zəngin ənənələrə əsaslanan Azərbaycan-Latviya əlaqələrinin inkişafı...
18 noyabr 2026, 14:02Əlahəzrət,
Oman Sultanlığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali d...
18 noyabr 2026, 14:00
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununu...
17 noyabr 2026, 15:46Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026...
17 noyabr 2026, 15:44Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 16-cı və 23-cü bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəll...
17 noyabr 2026, 15:43Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanmış “Azərbaycan ...
17 noyabr 2026, 15:41