22 aprel 2026, 18:55

Aqil Ələsgərdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Antalya Diplomatiya Forumunda Sizin şəxsinizdə Azərbaycanın güclü və nüfuzlu təmsilçiliyi biz jurnalistlərdə böyük qürur hissi yaratdı. Prosesi Antalyada yerində izləyən və bunu türk mətbuatı ilə də bölüşən bir media nümayəndəsi kimi ölkəmizin beynəlxalq arenada artan nüfuzunu görmək sevindiricidir.

Bu fəaliyyətinizə görə Sizə təşəkkür edir, uğurlar arzulayıram.

Hörmətlə,

Aqil Ələsgər,

Türk İnternet Media Birliyinin Xarici Əlaqələr Məclisinin sədri

Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu.