24 aprel 2026, 14:30

Fərid Şərifovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Aprelin 17-də Türkiyə Respublikasının Antalya şəhərində keçirilən 5-ci Antalya Diplomatiya Forumunun açılış mərasimində iştirakınız Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli hadisədir və biz vətəndaşları qəlbən sevindirir.

Sizinlə və Mehriban xanımla birlikdə ölkəmiz çox gözəl nailiyyətlər əldə edir və xoş günlərini yaşayır. Gələcəkdə bizi daha gözəl və işıqlı günlərin gözlədiyinə qəlbən inanırıq.

Tanrı Sizi və ailənizi qorusun, cənab Prezident.

Hörmətlə,

Fərid Şərifov

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.