21 aprel 2026, 17:55
Namiq Zəkərəyevdən, Şamaxı, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizə dövlətimizin azadlığı, suverenliyimizin bərpası və qüdrətlənməsi yolundakı qətiyyətli fəaliyyətinizə görə dərin minnətdarlığımı bildirirəm.
Bir Şamaxı sakini kimi deyə bilərəm ki, qədim yurdumuzun yenidən qurulmasına, müasir infrastrukturun yaradılmasına və tarixi irsimizin qorunmasına göstərdiyiniz xüsusi diqqət bizi olduqca qürurlandırır. Şamaxının siması Sizin sayənizdə gündən-günə gözəlləşir.
Xalqımızın rifahı naminə gördüyünüz işlərdə Sizə uğurlar arzulayır, hər zaman Sizi dəstəklədiyimizi bildiririk.
Hörmətlə,
Namiq Zəkərəyev
Azərbaycan Respublikası, Şamaxı rayonu, Şəhriyar qəsəbəsi.