20 aprel 2026, 18:22
Əbil Zeynalovdan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident,
Sizin müdrik və uzaqgörən rəhbərliyiniz nəticəsində Azərbaycan beynəlxalq aləmdə qazandığı nüfuzu get-gedə daha da yüksəldir, öz qüdrətini və iqtisadi gücünü gündən-günə artırır.
Qonşu ölkələrdə mövcud olan gərginlik fonunda ölkəmizdə hökm sürən sabitlik, əmin-amanlıq və sülh mühiti hər bir vətəndaş üçün böyük bir nemətdir. Çox şadıq ki, biz bu gün təhlükəsiz və azad bir cəmiyyətdə yaşayırıq.
Bütün bunlara görə Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildirir, möhkəm cansağlığı, uzun ömür arzulayıram.
Hörmətlə,
Əbil Zeynalov,
“Dəmir Yumruq” Vətən Müharibəsi Veteranlarına Dəstək İctimai Birliyinin sədri
Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu.