21 aprel 2026, 15:07

Xəyal Məmmədəliyevdən, Qəbələ, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Aprelin 17-də Türkiyə Respublikasının Antalya şəhərində keçirilən 5-ci Antalya Diplomatiya Forumunun açılış mərasimində iştirakınız Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Sizin uzaqgörən siyasətiniz və qətiyyətli liderliyiniz nəticəsində ölkəmiz beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuş, etibarlı tərəfdaş kimi tanınmışdır. Antalya Diplomatiya Forumu kimi nüfuzlu beynəlxalq platformada iştirakınız Azərbaycanın sülhə, əməkdaşlığa və davamlı inkişafa verdiyi önəmin bariz nümunəsidir.

Eyni zamanda, birinci xanım Mehriban Əliyevanın tədbirdə iştirakı ölkəmizin zəngin mədəni və humanitar dəyərlərinin beynəlxalq müstəvidə tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Biz gənclər olaraq, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, Azərbaycan naminə gördüyünüz işlərdə davamlı müvəffəqiyyətlər arzulayırıq.

Hörmətlə,

Məmmədəliyev Xəyal İlham oğlu

Azərbaycan Respublikası, Qəbələ rayonu, Nic qəsəbəsi.