21 aprel 2026, 12:30
İdrak Mustafayevdən, Ağcabədi, Azərbaycan
Cənab Prezident,
Sizin sarsılmaz iradəniz və rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində torpaqlarımızın işğaldan azad edilməsi xalqımızın tarixinə ən parlaq səhifə kimi yazıldı. Bizə 30 illik həsrətdən sonra torpaqlarımızı bəxş etdiyinizə və Zəfər qürurunu yaşatdığınıza, Qarabağ və Şərqi Zəngəzuru yenidən dirçəltdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Azad olunmuş torpaqlardakı quruculuq işləri dövlətimizin qüdrətini təsdiq edir. Sizə yeni zəfərlər və cansağlığı arzulayıram.
Hörmətlə,
İdrak Mustafayev
Azərbaycan Respublikası, Ağcabədi şəhəri.