20 aprel 2026, 17:01
Ramiz Qədirovdan, Zərdab, Azərbaycan
Möhtərəm Ali Baş Komandan!
Bu məktubu mən təkcə öz adımdan deyil, ölkədə olan bütün zəhmətkeş insanların adından yazıram.
Uzun illərdir yaşadığım rayonda ustalıq edirəm. Avadanlıqlarımın köhnəldiyi, gəlirlərimin azaldığı bir zamanda dövlət mənim əlimdən tutdu, mənə yeni avadanlıqlar verdi, işimi yenidən genişləndirə bildim.
Bütün bunlar Sizin diqqət və qayğınızın bariz nümunəsidir. Bizi düşünməyinizin, xalqla həmrəy olmağınızın nəticəsidir.
Sizə özümün və ailəmin adından dərin minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Ramiz Qədirov
Azərbaycan Respublikası, Zərdab rayonu, Gəlmə kəndi.