17 aprel 2026, 18:30

Kamran Məmmədovdan, Füzuli, Azərbaycan

Cənab Prezident,

Övladımın uğurlu əməliyyatı üçün göstərilən diqqət və dəstəyə görə Sizə dərin təşəkkürümü bildirirəm.

Dövlətimizin vətəndaşına sahib çıxması bizə böyük güvən verir. Bu qayğı sayəsində övladım yenidən sağlamlığına qovuşur. Vətəninə bağlı bir ailə olaraq Sizə minnətdarıq.

Allah Sizi və dövlətimizi qorusun! Sizin rəhbərliyiniz altında ölkəmizin günü-gündən güclənməsi, vətəndaşların rifahının yüksəlməsi, güzəranının yaxşılaşması hər birimizdə qürur hissi yaradır.

Hörmətlə,

Kamran Məmmədov,

ehtiyatda olan hərbçi

Azərbaycan Respublikası, Füzuli şəhəri.