17 aprel 2026, 17:00
Nihad Abudovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident,
Bir azərbaycanlı gənc və katolik icmasının üzvü olaraq, ölkəmizdəki multikultural dəyərlərə və dini dözümlülük mühitinə göstərdiyiniz diqqətə görə Sizə qəlbən minnətdaram.
Azərbaycandakı tolerantlıq və inanc azadlığı biz gənclərin öz kimliyini qoruyaraq Vətənə xidmət etməsi üçün böyük stimuldur. Dövlətimizin bütün vətəndaşlarına olan bərabər qayğısı və sülh siyasəti ilə qürur duyuruq.
Sizə gələcək fəaliyyətinizdə uğurlar və cansağlığı arzulayıram.
Hörmətlə,
Nihad Abudov,
tələbə
Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi.