Lalə Quliyevadan, Gəncə, Azərbaycan
Möhtərəm cənab Prezident,
Şəhidlərimizin əziz xatirəsinə göstərilən ehtiram, ailələrimizə göstərilən diqqət və qayğı, sosial rifahımızın yaxşılaşdırılması istiqamətində gördüyünüz işlər bizim üçün çox dəyərlidir. Bu gün Sizin rəhbərliyinizlə ölkəmizdə şəhid ailələrinə dövlət qayğısı daha da güclənmişdir. Həyata keçirilən humanitar təşəbbüslər və layihələr şəhid ailələrinin sosial rifahının yüksəlməsinə mühüm töhfələr vermişdir. Hər bir şəhid ailəsinə göstərilən mənəvi dəstək bizə güc verir, övladlarımızın müqəddəs amal uğrunda göstərdikləri şücaətin unudulmadığını bir daha sübut edir.
Cənab Ali Baş Komandan, şəhid ailələrinə göstərdiyiniz həssas münasibətə, xüsusi diqqətə və qayğıya görə Sizə təşəkkür edirik.
Uca Tanrı Sizi və ailənizi qorusun!
Hörmətlə,
Lalə Quliyeva,
şəhid ailəsinin üzvü
Azərbaycan Respublikası, Gəncə şəhəri, Məhsəti qəsəbəsi.