16 aprel 2026, 13:30

Təhminə Hacıyevadan, Göygöl, Azərbaycan

Möhtərəm cənab Prezident!

Ölkəmizdə sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması və təşəbbüskarların fəaliyyətinin dəstəklənməsi istiqamətində göstərdiyiniz diqqət və məqsədyönlü fəaliyyət yüksək qiymətləndirilir. Həyata keçirilən islahatlar, yaradılan əlverişli şərait və göstərilən təşkilati dəstək sahibkarların iqtisadi fəallığının artmasına, yeni iş yerlərinin yaradılmasına və dayanıqlı iqtisadi inkişafa mühüm töhfə verməkdədir.

Xüsusilə qeyd etmək istərdik ki, sahibkarlarla aparılan açıq dialoq, onların təklif və müraciətlərinə operativ yanaşma qarşılıqlı etimada əsaslanan əməkdaşlığın formalaşmasına xidmət edir. Bu yanaşma biz sahibkarlar tərəfindən böyük rəğbətlə qarşılanır.

Cənab Prezident, göstərdiyiniz dəstəyə görə bir daha Sizə təşəkkür edir, fəaliyyətinizdə uğurlar arzulayırıq. Əminik ki, bu əməkdaşlıq ölkə iqtisadiyyatının inkişafına və sahibkarlıq mühitinin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

Dərin hörmətlə,

Təhminə Hacıyeva,

sahibkar

Azərbaycan Respublikası, Göygöl şəhəri.