Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dördüncü qurultayına

05 fevral 2013, 18:35

Hörmətli qurultay iştirakçıları!

Sizi ürəkdən salamlayır və dördüncü qurultayınızın işə başlaması münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Bir əsrdən çox tarixə malik olan Azərbaycan həmkarlar ittifaqları müstəqillik illərində daha da inkişaf etmiş, ölkənin ictimai həyatında öz layiqli yerini tutmuşdur. Vətəndaşların sosial problemlərinin həlli və əmək hüquqlarının müdafiəsi sahəsində həmkarlar ittifaqlarının rolunu yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətinə həmişə böyük diqqət yetirmişdir. Ulu öndərin qayğısı sayəsində həmkarlar təşkilatları öz işini müasir ictimai və sosial-iqtisadi şəraitə uyğun yenidən qurmuş, uzun illər ərzində formalaşmış potensialını qoruyub saxlamağa və inkişaf etdirməyə müvəffəq olmuşdur. Bu gün də ölkəmizdə həmkarlar ittifaqlarının qanunvericilik bazası təkmilləşdirilir, fəaliyyəti üçün daha əlverişli şərait yaradılır.

Modernləşmə kursunu həyata keçirən Azərbaycan Respublikasında iqtisadi və sosial tərəqqiyə yönəlmiş dövlət siyasəti öz bəhrəsini verməkdədir. Təsadüfi deyil ki, dərin maliyyə böhranı bir sıra ölkələrdə iqtisadiyyatın tənəzzülə uğramasına və sosial gərginliyin artmasına gətirib çıxardığı halda, respublikamız qlobal böhranın təsirindən qorunmuş, sosial-iqtisadi inkişaf, vətəndaşlarımızın rifah halının yüksəldilməsi tədbirləri ardıcıl davam etdirilmişdir. Aparılan islahatlar, müxtəlif sahələri əhatə edən dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələrinin uğurla icra olunması ölkədə yoxsulluq və işsizlik kimi ictimai problemlərin səviyyəsini minimuma endirmiş, Azərbaycanı dünyada güclü və demokratik dövlət, nüfuzlu və etibarlı tərəfdaş kimi tanıtmışdır.

Cəmiyyətin tərəqqisi və dinamik proseslər qarşıya daim yeni vəzifələr qoyur. Hazırda respublikamızda ümumi daxili məhsulun əksər hissəsi özəl bölmədə formalaşır. Ölkədə daxili və xarici investisiyalar hesabına yaradılmış minlərlə sahibkarlıq subyekti, yerli və transmilli şirkətlər fəaliyyət göstərir, yeni-yeni iş yerləri açılır. Hesab edirik ki, mülkiyyət formasından asılı olmayaraq, bütün müəssisələrdə çalışan Azərbaycan vətəndaşlarının sosial mənafelərinin və əmək hüquqlarının qorunması üçün həmkarlar ittifaqları daha əzmkar olmalı və qətiyyətli tədbirlər görməlidir. Hökumət bu sahədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə sosial tərəfdaşlığı gücləndirməli və onunla imzaladığı Baş Kollektiv Sazişin müddəalarının yerinə yetirilməsinə diqqəti artırmalıdır.

Bu gün vətəndaş cəmiyyətinin fəal təsisatlarından biri kimi çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ölkənin ən kütləvi ictimai təşkilatıdır. Qurum üzvlərinin əhəmiyyətli hissəsini gələcəyimizin təminatçıları olan gənclər təşkil edir. Bu amili nəzərə alaraq, həmkarlar ittifaqları işləyən və təhsil alan gənclərin hüquq və mənafelərinin daha dolğun müdafiəsinə çalışmalı, onların təşəbbüslərinin dəstəklənməsi, peşə hazırlığının artırılması, məşğulluğunun təmin edilməsi və digər bu kimi mühüm məsələlərin həllinə kömək göstərməlidir.

Hörmətli qurultay nümayəndələri!

Müasir dövrün inkişaf meyilləri həmkarlar ittifaqlarının məsuliyyətini daha da artırır, zamanın çağırışlarına hazır olmağı tələb edir. Əminəm ki, qurultayın qərarları Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətinin daha səmərəli təşkilinə, nüfuzunun artmasına, cəmiyyətdə sosial harmoniya və tərəfdaşlıq mühitinin güclənməsinə ciddi təkan verəcəkdir.

Sizi bir daha təbrik edir, qurultayın işinə uğurlar arzulayıram!

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 fevral 2013-cü il.

SƏNƏDLƏR Fərmanlar 07 may 2025
15:43
Sənaye parklarının bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisi ilə təchizatına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, sənaye parklarında bərpa olunan enerji mənbələrindən istifadə imkanlarının artırılması məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının...

07 may 2025, 15:43
SƏNƏDLƏR Fərmanlar 07 may 2025
15:41
“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi...

07 may 2025, 15:41
SƏNƏDLƏR Qanunlar 07 may 2025
15:39
“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası...

07 may 2025, 15:39
SƏNƏDLƏR Sərəncamlar 06 may 2025
16:06
Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavininin və məhkəmə kollegiyaları sədrlərinin, apellyasiya məhkəmələrinin məhkəmə kollegiyaları sədrlərinin və bəzi birinci instansiya məhkəmələri sədrlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun...

06 may 2025, 16:06