Ramil Yahyayevdən, Ağdaş, Azərbaycan
Möhtərəm cənab Prezident,
Özünüməşğulluq proqramı çərçivəsində mən də dövlətin dəstəyini almışam və aktivlərlə təmin edilmişəm. Özüm aztəminatlı ailənin üzvü olduğum üçün neçə illərdir təsərrüfatımı qurmağa çalışır, lakin heç bir iş görə bilmirdim. Sayənizdə bu arzum reallaşdı və mənə gələcək fəaliyyətim üçün həvəs yaratdı.
Ümumilikdə götürəndə ölkəmizdə əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində görülən işlər təqdirəlayiqdir. Həm yeni açılan müəssisələrdə vətəndaşlara iş təklif olunur, həm də özünüməşğulluq proqramı çərçivəsində onlara öz təsərrüfatlarını qurmaq imkanı yaradılır.
Xoş niyyətlərə vəsilə olduğunuz üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun, cənab Prezident. Allah Sizdən razı olsun.
Hörmətlə,
Ramil Yahyayev
Azərbaycan Respublikası, Ağdaş rayonu, Bulaqotağı kəndi.