14 aprel 2026, 12:25

Əzim Niftiyevdən, Cəlilabad, Azərbaycan

Möhtərəm cənab Prezident,

Ölkə vətəndaşlarına, xüsusilə də uşaqlara göstərdiyiniz yüksək diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk. Dövlət tərəfindən atılan bu cür humanist addımlar cəmiyyətimizdə böyük rəğbət və məmnunluqla qarşılanır.

Balaca Ayazın ailəsinə “KamAZ” markalı yük avtomobilinin hədiyyə edilməsi təkcə bir ailənin sevincinə səbəb olmamış, eyni zamanda dövlət-vətəndaş münasibətlərinin nə qədər möhkəm və səmimi olduğunu bir daha nümayiş etdirmişdir. Bu diqqət həmin ailənin yaddaşında və xüsusilə də balaca Ayazın xatirəsində ömür boyu silinməyəcək bir sevinc kimi qalacaqdır. Bu hədiyyə ailə üçün böyük dayaq və ruzi qapısı olmaqla yanaşı, onların gələcək rifahına da mühüm töhfə verəcəkdir. Belə nümunələr ölkəmizdə vətəndaşlara göstərilən qayğının davamlı və ardıcıl xarakter daşıdığını bir daha sübut edir. Bu cür addımlar xalq ilə dövlət arasında olan birliyi daha da möhkəmləndirir, insanların dövlətinə olan inam və etibarını gücləndirir.

Göstərilən bu ali diqqət və qayğıya görə bir daha təşəkkürümüzü və dərin ehtiramımızı bildiririk.

Hörmətlə,

Əzim Niftiyev

Azərbaycan Respublikası, Cəlilabad şəhəri.