13 aprel 2026, 17:28

Etibar Mehdiyevdən, Bakı, Azərbaycan

Salam, hörmətli cənab Prezident,

Mən və ailə üzvlərim Sizinlə fəxr edir, qürur duyuruq. Dünyada, həmçinin qonşu ölkələrdə baş verən münaqişələri, müharibələri görəndə Azərbaycandakı əmin-amanlıqla, təhlükəsiz və firavan həyatla öyünürük. Bu gün ölkəmiz təlatümlü dəryada sabitlik adası mənzərəsini xatırladır. Şükür Allaha ki, xalqımızı uzun illər narahat edən, həlli müşkülə çevrilmiş Qarabağ problemini ən yaxşı şəkildə həll etdiniz, torpaqlarımızı geri qaytardınız, keçmiş məcburi köçkünlərə yeni həyat bəxş etdiniz.

Müzəffər Ali Baş Komandan, Azərbaycanın qüdrətini, Ordumuzun gücünü dünyaya məharətlə nümayiş etdirdiyiniz üçün Sizə səmimi-qəlbdən və fəxarət hissi ilə “Çox sağ olun!” deyirəm. Gələcək nəsillər qəhrəmanlıq əsərinə çevrilən bu işləri hər zaman xatırlayacaqdır.

Ulu Tanrı həmişə Sizə kömək olsun, yolunuza işıq salsın.

Hörmətlə,

Etibar Mehdiyev

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi.