10 aprel 2026, 18:09

Mirsadiq Musəvidən, Stavanger, Norveç

Hörmətli Prezident,

Bu çətin və həssas günlərdə Zati-alilərinizə və Azərbaycan xalqına səmimi salamlarımı çatdırıram. Son həftələrdə göstərdiyiniz diqqət və mənəvi dəstək bizim üçün böyük güc və təsəlli oldu.

Şəxsən öz adımdan, eləcə də İranın müxtəlif bölgələrində yaşayan Azərbaycan türkləri və digər həmvətənlərimiz adından humanitar yardımlarınıza görə Zati-alilərinizə dərin təşəkkürümü bildirirəm. Sizin göstərdiyiniz diqqət və humanist yanaşma xalqlarımız arasında qardaşlıq bağlarını daha da möhkəmləndirdi və hər birimizin qəlbində xüsusi yer tutdu.

Ümid edirik ki, Sizin uzaqgörənliyinizin və dəstəyinizin bariz nümunəsi olan bu proses əlaqələrin daha da yaxşılaşmasına töhfə verəcək, bölgədə davamlı sülh və sabitlik təmin olunacaq, insanların daha təhlükəsiz və firavan şəraitdə yaşaması üçün zəmin yaranacaqdır.

Dərin hörmət və ehtiramla,

Mirsadiq Musəvi

Norveç Krallığı, Stavanger şəhəri.