Elbrus Hacıyevdən, Ağdam, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Xalqın qayğısına qalan bir rəhbərin fəaliyyəti sayəsində respublikamızda, eləcə də bizim rayonumuzda, xüsusilə Quzanlı qəsəbəsində və ətraf kəndlərdə geniş abadlıq və quruculuq işləri həyata keçirilir. Yolların yenidən qurulması, infrastrukturun yaxşılaşdırılması, yaşayış şəraitinin yüksəldilməsi və kəndlərimizin gündən-günə gözəlləşməsi biz sakinlər üçün böyük sevinc və qürur mənbəyidir.
Bir məsəl var ki, "görünən kəndə bələdçi lazım deyil". Mən də bir vətəndaş olaraq gördüklərimi bəyəndiyim üçün Sizə yazmağı özümə borc bildim.
Uzun illərdən sonra doğma torpaqlarımızın yenidən dirçəldilməsi, müasir və abad yaşayış məkanlarına çevrilməsi Sizin xalqa olan diqqət və qayğınızın bariz nümunəsidir.
Bu diqqət və qayğıya görə Sizə təşəkkür edir, xalqın rifahı naminə gördüyünüz işlərdə Sizə davamlı uğurlar və möhkəm cansağlığı arzulayıram.
Hörmətlə,
Elbrus Hacıyev,
3-cü qrup əlil
Azərbaycan Respublikası, Ağdam rayonu, Quzanlı qəsəbəsi.