10 aprel 2026, 12:30

Rəşad Əliyevdən, Göygöl, Azərbaycan

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev!

“Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə təltif olunmağım həyatımın ən qürurlu anlarından biridir. Bu mükafat təkcə mənim deyil, çiyin-çiyinə çalışdığım bütün ANAMA ailəsinin əməyinə verilən dəyərdir.

Göygöl rayonunun bir nümayəndəsi və ANAMA əməkdaşı olaraq, işğaldan azad edilmiş torpaqlarımızın təhlükəsizliyi naminə fəaliyyətimə verilən bu yüksək qiymət mənim üçün böyük şərəfdir. Göstərilən etimadı gələcək fəaliyyətimlə doğrultmağa hər zaman hazıram.

Cənab Prezident, diqqət və qayğıya görə Sizə minnətdaram.

Dərin hörmətlə,

Əliyev Rəşad Radin oğlu,

ANAMA əməkdaşı

Azərbaycan Respublikası, Göygöl şəhəri.